Dimitri Peskov - Vladimir Putin Ukrayna prezidenti ilə neytrallıq məsələsində danışıqlar aparmağa hazırdır
Dimitri Peskov - Vladimir Putin Ukrayna prezidenti ilə neytrallıq məsələsində danışıqlar aparmağa hazırdır

 

Vladimir Putin Ukrayna prezidenti ilə neytrallıq məsələsində danışıqlar aparmağa hazırdır-bu barədə Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib.

Onun sözlərinə görə, Ukrayna rəhbərliyinin buna hazır olub-olmaması sual altındadır.

” Prezident Putin konseptual problemin həlli baxımından Ukraynadan nə gözlədiyimizə dair öz baxışını formalaşdırıb. Bu, neytrallıq və silah yerləşdirilməsindən imtinadır. Ukrayna rəhbərliyinin buna hazır olub-olmaması sual altındadır ” – deyə Dimitri Peskov bildirib.