Dimitri Peskov - Ukraynalı hərbçilər cəbhə xəttində əlverişsiz vəziyyətdədir, bu səbəbdən Ukraynanın Prezidenti Qərbi müharibəyə daha aktiv şəkildə cəlb etməyə çalışırdı
Dimitri Peskov - Ukraynalı hərbçilər cəbhə xəttində əlverişsiz vəziyyətdədir, bu səbəbdən Ukraynanın Prezidenti Qərbi müharibəyə daha aktiv şəkildə cəlb etməyə çalışırdı

 
Rusiyanın Prezidentinin mətbuat katibi Dimitri Peskov bildirib ki, ukraynalı hərbçilər cəbhə xəttində əlverişsiz vəziyyətdədir, bu səbəbdən Ukraynanın Prezidenti Qərbi müharibəyə daha aktiv şəkildə cəlb etməyə çalışırdı.

“Kiyev rejiminin müxtəlif nümayəndələri, o cümlədən Zelenski son günlər çoxlu bəyanatlar verir, bəzən panikaya düşürlər. Bu, Kiyev rejiminin qüvvələrinin cəbhədə son dərəcə əlverişsiz mövqeyi ilə əlaqəlidir”- Peskov deyir.

Kremlin nümayəndəsinin qiymətləndirməsinə əsasən, Ukraynaya hərbi yardımın göstərilməsi sürəti artsa belə, bu, Ukraynanın Silahlı Qüvvələrinə cəbhədəki dinamikanı dəyişməyə imkan verməyəcək.