Dimitri Peskov - İstintaq orqanları öz işlərini görəcəklər və bundan sonra Dağıstan və Krımda baş verən hücumların bir silsilə olub-olmaması haqda müəyyən nəticələr çıxara biləcəyik
Dimitri Peskov - İstintaq orqanları öz işlərini görəcəklər və bundan sonra Dağıstan və Krımda baş verən hücumların bir silsilə olub-olmaması haqda müəyyən nəticələr çıxara biləcəyik

 
Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov Dağıstan və Krımda baş verən hücumlara münasibət bildirir.

Peskov, bütün bunların arxasında kimin dayandığını çox yaxşı bildiklərini deyib.

“Öz işlərini görəcək istintaq orqanları var və bundan sonra hücumların bir silsilə olub-olmaması haqda müəyyən nəticələr çıxara biləcəyik. Biz bir tərəfdən Krıma tamamilə barbarcasına edilmiş raket hücumuna şahid oluruq. Bunun arxasında kimin dayandığını çox yaxşı başa düşürük. Hələ ötən həftə prezident dəfələrlə bu texnoloji cəhətdən təkmil raketlərin kim tərəfindən hədəfləndiyini, bunların ukraynalılar olmadığını, raketlərin buraxılışını kimin təmin etdiyini və s. bəyan etdi. Hər şey aydındır. Bəlkə, biz media nümayəndələri kimi sizdən xahiş edə bilərik ki, Avropadakı, ilk növbədə Vaşinqtondakı həmkarlarımdan, mətbuat katiblərindən sadəcə olaraq soruşun ki, onların hökumətləri niyə rus uşaqlarını öldürürlər? Sadəcə onlara bu sadə sualı verin” – Dimitri Peskov açıqlayıb.

Ukrayna Krım yarımadasının cənub-qərbində yerləşən Sevastopol şəhərinə raket zərbəsi endirib. Rus mediası, hücum nəticəsində yaralananların sayının 151-ə yüksəldiyi haqda məlumat verir.

Bununla yanaşı, Dağıstanda naməlum şəxslər sinaqoq və kilsə istiqamətində atəş açıblar. Son göstəricilərə əsasən, hadisə nəticəsində hüquq-mühafizə orqanının 15-ə yaxın əməkdaşı həlak olub.