Dimitri Peskov - Fransanın seçkilərinin birinci turunun nəticəsi Avropa tendensiyalarına uyğundur
Dimitri Peskov - Fransanın seçkilərinin birinci turunun nəticəsi Avropa tendensiyalarına uyğundur

 
Kremldə Fransanın parlament seçkilərinin birinci turunun nəticələrinin Avropanın müxtəlif ölkələrində artıq müşahidə olunan tendensiyaları təsdiqlədiyini bildirirlər.

Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov jurnalistlərə bildirib ki, Moskva Fransada davam edən parlament seçkilərini diqqətlə izləyir.

“Biz bu seçkilərin kursunu çox diqqətlə izləyirik və bir sıra Avropa ölkələrində, o cümlədən Fransada əvvəllər görülən tendensiyalar öz təsdiqini tapır. Biz ikinci turu gözləyəcəyik, hərçənd fransız seçicilərin üstünlükləri bizə az-çox aydındır” – deyə Peskov açıqlayıb.

“Exit-poll”un nəticələrinə əsasən, Fransanın növbədənkənar parlament seçkilərinin birinci turunda Marin Le Penin ifrat sağçı partiyası 34% səslə liderdir. Solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 28,1 faizlə ikinci yeri tutur, prezident Emmanuel Makronun mərkəzçi alyansı isə səslərin 20,3 faizini qazanıb. Respublikaçılara gəlincə, “exit-poll”un nəticələrinə əsasən, onlar səslərin 10,2 faizini qazanıblar.