Dimitri Peskov bildirir ki, Vladimer Putinin Donald Trampla andiçmə mərasimindən əvvəl söhbəti istisna edilmir
Rusiyanın Prezidenti Vladimer Putinin Donald Trampla andiçmə mərasimindən əvvəl söhbəti istisna edilmir.
Rus mediasının məlumatına əsasən, bu barədə Kremlin mətbuat katibi Dimitri Peskov bildirib.
“Bu, istisna edilmir. O, inauqurasiyadan əvvəl Putinə zəng edəcəyini deyirdi. Onun sözləridir. Hələlik əsaslanacaq başqa bir şeyimiz yoxdur” – Peskov Trampla Putin arasında söhbətin mümkünlüyü barədə verilmiş suala cavabında deyib.
Eyni zamanda, Kremlin nümayəndəsi Rusiya nümayəndələrinin Donald Trampın seçki qərargahı ilə təmaslarının olmadığını bildirib.