Dimitri Peksov – ABŞ-ın Ukraynaya yeni yardım paketi döyüş meydanındakı vəziyyəti prinsipcə dəyişməyəcək
ABŞ-ın Ukraynaya yeni yardım paketi döyüş meydanındakı vəziyyəti prinsipcə dəyişməyəcək – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peksov bildirib.
Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələri öz mövqelərini təkmilləşdirir və ümumi dinamika indi hər kəsə tamamilə aydındır.
“Prinsipcə, bu, döyüş meydanındakı vəziyyəti dəyişməyəcək… Təbii ki, ayrılan pullar və bu pulla veriləcək silahlar bu dinamikanı dəyişməyəcək, ukraynalılar arasında yeni qurbanlara səbəb olacaq, daha çox ukraynalı öləcək. Ukraynanın böyük itkisi olacaq”, – deyə Peskov bildirib.
Eyni zamanda, Peskov ayrılan vəsaitin böyük hissəsinin bu və ya digər şəkildə ABŞ-da qalacağını qeyd edir.
“ABŞ daha da varlanacaq, Ukraynaya kömək etməklə əlavə dividendlər alacaq. Prinsipcə, heç nə dəyişməyəcək”, – deyə Kremlin nümayəndəsi bildirib.
ABŞ Konqresinin Nümayəndələr Palatası şənbə günü Ukraynaya 61 milyard dollar yardımı təsdiqləyib. Volodimir Zelenskinin sözlərinə görə, bu dəstək Ukraynanın silahlı qüvvələrini gücləndirəcək və Kiyevin qalib gəlmək şansı olacaq.