Gürcüstanın birinci vitse-premyeri, iqtisadiyyat və stabil inkişaf naziri Dimitri Kumsişvili rəsmi səfərlə Bakıdadır, harda ki, Cənub qaz dəhlizinin məsləhətçilər şurasının dördüncü ministerialında iştirak edir.
Səfər çərçivəsində Dmitri Kumsişvili Azərbaycan Respublikasının prezidenti İlham Əliyev ilə görüşdü.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüş zamanı Gürcüstan və Azərbaycan arasında mövcud olan partnyorluq əlaqələri və iqtisadi perspektivlər müzakirə olundu.
Dimitri Kumsişvili görüşdə qeyd etdi ki, son illər ərzində Gürcüstanın ən iri ticari partnyorlarından biridir. Həmçinin, ölkədə həyata keçirilən investisiyaların böyük hissəsi Azərbaycana aiddir.
Bununla yanaşı, Dimitri Kumsişvili qeyd etdi ki, 2018-ci ildə, Azərbaycanın Demokratik Respublikasının müstəqilliyinin 100 illiyidir və bu münasibətlə İlham Əliyevi təbrik etdi.
Mayın 26-da Gürcüstanın müstəqillik günü mərasiminə Azərbaycan prezidenti İlham Əliyev də dəvət olunub.