Dimitri Kumsişvili - Qudauridə zərər görənləri gələn il də Gürcüstana dəvət etdik və onlar razı oldular
Qudauridə zərər görənləri gələn il də Gürcüstana dəvət etdik və onlar razı oldular, – bu bəyanatı İqtisadiyyat və Stabil İnkişaf Naziri Dimitri Kumsişvili jurnalistlərə Ğuduşauri klinikasından çıxarkən verdi.
Kumsişvili klinikada, dünən Qudauridə zərər görənləri ziyarət etdi.
Onun dediyinə görə, klinikadan bugün çıxan pasientlərdən biri geri Qudauriyə qayıtmaq istədiyini bildirdi.
İqtisadiyyat Nazirinin dediyinə görə, Qudauridə baş verən hadisəyi öyrənmək üçün Gürcüstana ekspertlər qrupu “Büro Varitas” gələcək.
“Turist sezonu davam edir və kurort həmişəki rejimdə çalışır. Zərər görənlərə, gələn il də Gürcüstanda istirahət etməyi təklif etdik və onlar razı oldular” – dedi Dimitri Kumsişvili.
Xatırladaq ki, Qudauridə martın 16-da, kanat yolunda baş verən qəza zamanı 11 nəfər zərər gördü.
Hadisə ilə bağlı istintaq aparılır.