Saburtalo rayonunun icra hakimiyyəti Diğomi kəndində idman meydançalarının və rekreasiya zonasının təşkilinə başlayıb-bu sözləri paytaxtın meri Kaxa Kaladze deyib.
Onun Tbilisi munisipalitetinin hökumətinin iclasında qeyd etdiyi kimi, rekreasiya zonasının təşkili may ayında başa çatacaq.
“Saburtalo rayonunun icra hakimiyyəti Diğomi kəndində Q. Atoneli küçəsində 3000 kvadratmetr sahədə idman meydançalarının və rekreasiya zonasının təşkilinə başlayıb. Adıçəkilən ərazi ağır vəziyyətdə idi. Ərazidə bütün müvafiq park infrastrukturu yerləşdiriləcək, uşaq və əyləncə məkanı təşkil olunacaq. Həmçinin xarici işıqlandırma və suvarma sistemləri də quraşdırılacaq” – deyə paytaxt meri bildirib.
O bildirib ki, həmin ərazidə abadlıq işləri aparılacaq, müxtəlif növ ağac və bitkilər əkiləcək.