Dieqo Kolas - bütün proses komissiyanın qiymətləndirməsindən asılıdır, bunun dekabrda və ya 2023-cü ildə baş verməsinin elədə böyük fərqi yoxdur
Hansı mərhələdəyik, başladılmış islahatlarda dinamika var mı və komissiya Gürcüstanla bağlı mövqeyinə yenidən baxa bilərmi-bütün proses komissiyanın qiymətləndirməsindən asılıdır -bu barədə
Fransanın Gürcüstandakı səfiri Dieqo Kolas Aİ üzvlüyünə namizəd statusu ilə bağlı bildirib.
O, bunun dekabrda və ya ya 2023-cü ildə baş verməsinin elədə böyük fərqi olmadığını bildirib.
“Dinamiklik göstərmək üçün əlavə üç ayınız varsa, bu, böyük fərq yaratmır. Bu mühüm olacaq və mən sizin tərəfinizdən təqvimin necə olması ilə bağlı müəyyən aydınlığa ehtiyac olduğunu başa düşürəm. Məncə, bu da mühümdür. Ümid edirəm ki, buna vaxtında aydınlıq gələcək” -deyə Dieqo Kolas bildirib.
Avropa Komissiyasının nümayəndəsi Mixael Rupi dünən Avropa Parlamentində, Xarici Əlaqələr Komitəsində deyib: “Biz Gürcüstanın siyasi elitasını depolarizasiya səylərində tələsdirməmək qərarına gəldik, ona görə də genişlənmənin prioritetləri ilə bağlı hesabatı 2023-cü il üçün hazırlayacağıq”.