Dieqo Kolas - 12 rekomendasiyadan başqa gündəm yoxdur, "Gürcü Arzusu"nun prosesin parlamentə daşınması üçün təklif prosesini irəli sürməsi ürəkləndiricidir
12 rekomendasiyadan başqa gündəm yoxdur, -bu barədə Fransanın Gürcüstandakı səfiri Dieqo Kolas bildirir.
Səfirin sözlərinə görə, Gürcüstan üçün çox vacib vaxtdır.
“Gürcüstana Avropa perspektivi verildi, bu çox vacib elementdir. Namizəd statusu almaq üçün müəyyən işlər görüləsidir. Aİ-nin dərc etdiyi aydın gündəm var. Bu 12 rekomendasiyadan başqa heç bir gündəm yoxdur. Bu rekomendasiyalarda irəliləyiş əldə etmək üçün bütün konstruktiv qüvvələrin bir araya gəlməsi vacibdir.
“Gürcü Arzusu”nun prosesin parlamentə daşınması üçün təklif prosesini irəli sürməsinin ürəkləndirici olduğunu düşünürəm. Həmçinin, mülki ictimaiyyətin öz təklifini irəli sürməsi ürəkləndiricidir. Fikrimcə, ölkə üçün ən yaxşı çıxış yolu indi bu tövsiyyələr üzərində işləməkdir”-deyə Dieqo Kolas bildirib.