Didube metrosunda baş verən qəza səbəbindən metronun işi ləngiyir. Gürcüstanın Birinci Kanalına metro rəhbərliyindən verilən məlumata görə, Didube metro stansiyasında bir nəfər relslərə yıxılıb.
Hazırda hadisə yerində xilasedicilər işləyir. Məlumata görə, kişi yaralanıb, lakin təmasdadır.
Qəzaya görə hazırda Didube-Axmeteli teatr hissəsində qatarlar hərəkət etmir.