Didi Diğomidə qətl hadisəsi baş verib. Mövcud məlumata görə, Parnavaz Mepe küçəsində qadın qətlə yetirilib.
Daxili İşlər Nazirliyindən Gürcüstanın Birinci Kanalına verilən məlumata əsasən, hadisə ilə əlaqədar Cinayət Məcəlləsinin 108-ci, yəni qəsdən adam öldürmə maddəsi ilə iş açılıb.
Bununla yanaşı, yayılan məlumatlarda qətldə təqsirləndirilən şəxsin tutulduğu deyilir.