Didi Diğomidə 12 yaşlı qızın ölümü işi ilə bağlı müxtəlif versiyalar müzakirə olunur
Didi Diğomidə 12 yaşlı qızın ölümü işi ilə bağlı mütəxəssislər müxtəlif versiyaları müzakirə edirlər.
Yeniyetmənin ölümünün versiyalarından biri yeməkdən yaranan asfiksiyadır.
Cəsədə artıq ekspertiza edildi. Yekun nəticənin ilkin cavabları yaxın günlərdə məlum olacaq.
Bu vaxt üçün mövcud məlumatla, yeniyetmə dünən gecə itkin düşdü. Onu saat 23:00-dan hüquqmühafizəçilər və yerlilər axtarırdılar. Yeniyetməni sonuncu dəfə Petridze küçəsində, kiçik bağda gördülər. Bir neçə saatdan sonra, ürəyi getmiş halda tapdılar. Hadisə yerinə təcili tibbi yardım briqadası gəldi, lakin qızı xilas etmək mümkün olmadı.
Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən bəyan etdiklərinə görə, faktla bağlı istintaq ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməni nəzərdə tutan Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə başlayıb.