Didi Diğomidə 12 yaşlı qızı ölü halda tapdılar, istintaq ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə maddəsi ilə başlayıb
Didi Diğomidə 12 yaşlı qızı ölü halda tapdılar, istintaq ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə maddəsi ilə başlayıb

Didi Diğomidə 12 yaşlı qızı ölü halda tapdılar.

Bu vaxt üçün mövcud məlumatla, yeniyetmə dünən gecə itkin düşdü. Onu saat 23:00-dan hüquqmühafizəçilər və yerlilər axtarırdılar. Yeniyetməni sonuncu dəfə Petridze küçəsində, kiçik bağda gördülər. Bir neçə saatdan sonra, ürəyi getmiş halda tapdılar. Hadisə yerinə təcili tibbi yardım briqadası gəldi, lakin qızı xilas etmək mümkün olmadı.

Gürcüstanın Birinci Kanalına Daxili İşlər Nazirliyindən bəyan etdiklərinə görə, faktla bağlı istintaq ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməni nəzərdə tutan Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə başlayıb.