Diaspor və Qafqaz Məsələləri Komitəsinin iclasında startap ekosistemin inkişafı müzakirə olunub
Parlamentin Diaspor və Qafqaz Məsələləri Komitəsinin iclasında startap ekosistemin inkişafı, dövlət strukturlarının məlumatlarının rəqəmsallaşdırılması və gürcü diasporunun innovativ ekosistemin gücləndirilməsinə qoşulması məsələləri müzakirə olunub.
Startup Gregoria-nın icraçı direktoru, Milli Startaplar Assosiasiyasının sədri Laşa Qorqoşidze “Techstars Startup Günləri” haqqında deputatları məlumatla tanış edib.
Məruzəçi şirkət tərəfindən bir il ərzində görülən işlərdən danışıb.
İclasda gürcü startaplarını dəstəkləyən konsaltinq şirkətinin,”Globalize”-ın təsisçisi Salome Kukava da dinlənilib.
Məruzəçi öz çıxışında şirkətin gələcək planlarına diqqət yönəldib.
Komitənin onlayn formatda keçirilən iclasında müasir texnologiyalar və innovativ layihələrlə maraqlanan diasporun gənc nümayəndələri iştirak ediblər.
Komitənin sədri Beka Odişaria gürcü startap şirkətlərinə dəstəyini bir daha təsdiqləyib.
“Bu istiqamətdə işləyən və gürcü şirkətlərinə müxtəlif istiqamətlərdə kömək edəcək bütün platformalara demək istəyirəm ki, biz həm qanunverici, həm də icraçı hakimiyyət olaraq hər kəsə açığıq. Nə qədər çox olsaq, bir o qədər tez dünyada bütün industriyanın səsini ucaldacağıq”-deyə Beka Odişaria açıqlayıb.
Qeyd etmək lazımdır ki, komitənin son iclasında Beka Odişaria Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri və Gürcüstanın GUAM-dakı daimi nümayəndəsi Qiorqi Zakaraşviliyə təşəkkürnamə və simvolik hədiyyə verib.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.