Devid Ruts - Gürcüstanı "İTB Berlin"in ev sahibi olaraq seçməklə çox möhtəşəm seçim etdik, əminəm ki, gürcü qonaqpərvərlik ənənəsi sərgidə hər kəsin ürəyincə olacaq
Devid Ruts - Gürcüstanı "İTB Berlin"in ev sahibi olaraq seçməklə çox möhtəşəm seçim etdik, əminəm ki, gürcü qonaqpərvərlik ənənəsi sərgidə hər kəsin ürəyincə olacaq

 

Gürcüstanı “İTB Berlin”in ev sahibi olaraq seçməklə çox möhtəşəm seçim etdik, əminəm ki, gürcü qonaqpərvərlik ənənəsi sərgidə hər kəsin ürəyincə olacaq- bu barədə Messe Berlin-in direktoru Devid Ruts açıqlayıb.

“Ölkənizdə olmuşam və Gürcüstanda qonaq olmağın nə demək olması təcrübəsini yaşamışam. Əminəm ki, gürcü qonaqpərvərlik ənənəsi bu sərgidə hər kəsin ürəyincə olacaq.

Düşünürəm ki, dünyanın ən böyük turizm sərgisi olan “İTB Berlin”in ev sahibi olaraq Gürcüstanı seçərək möhtəşəm seçim etdik. Bu il biz 179 ölkədən 500-dən çox şirkətə ev sahibliyi edirik , onların arasında bir ölkə özünə xasdır və bu il bu Gürcüstandır.

Ümid edirəm ki, çoxlu yeni işgüzar tərəfdaşlıqlar qurulacaq və ən əsası, hər kəs Gürcüstanın rəngarəngliyini hiss edəcək və siz çoxlu dostlar qazanacaqsınız”- deyə Devid Ruts bildirib.

Bu gün Berlində “ITB Berlin 2023” sərgisinin rəsmi açılışı olacaq və Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili onun açılışını edəcək. Bu il Gürcüstan sərgidə ev sahibi ölkə olaraq təmsil olunur.