Devid Kemeron - Hesab edirəm ki, "HƏMAS" rəhbərliyini İsrailin demokratik şəkildə seçilmiş lideri ilə bərabərləşdirmək yanlışdır
Devid Kemeron - Hesab edirəm ki, "HƏMAS" rəhbərliyini İsrailin demokratik şəkildə seçilmiş lideri ilə bərabərləşdirmək yanlışdır

Hesab edirəm ki, sadəcə “HƏMAS” rəhbərliyini İsrailin demokratik şəkildə seçilmiş lideri ilə mənəvi olaraq bərabərləşdirmək yanlışdır, – bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bildirdi.

Onun qiymətləndirməsinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun tələb etdiyi həbs qərarı “sadəcə yanlışdır”.

Kemeronun qeyd etdiyi kimi, Beynəlxalq Cinayət Məhkəməsi bunun nəticələrini düşünməlidir və onun dediyinə görə, bu orderin verilməsi girovların azad edilməsinə kömək edə bilməyəcək.

“Mən bir dəqiqə belə inanmıram ki, bu orderlərin verilməsi girovların qaytarılmasını kömək etsin. O, humanitar yardımın alınmasına və davamlı atəşkəsə töhfə verməyəcək”, – deyə Kemeron Lordlar Palatasına bildirdi.

Məlumat üçün bildirək ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Kərim Xan İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın, həmçinin “HƏMAS”ın üç liderinin həbsinə order verilməsini tələb edir.