Devi Mezurnişvili - Kaxa Kaladze şəxsən mənə və ailəmə Tbilisidə tikilməkdə olan mənzil verdi
Tbilisi meri Kaxa Kaladze yaralı uşaqları Vake parkındakı fəvvarədən çıxaran “Ekoservis”in əməkdaşı Devi Mezurnişviliyə tikilməkdə olan mənzil verib -bu barədə Mezurnişvili sosial şəbəkədə yazır.
“Mən postlar yazmağımla seçilmirəm, lakin bir çox insan məndən soruşur və mənim yaxınlarımın da bu gözlənilməz əhvalatdan xəbəri var. Kaxa Kaladze şəxsən mənə və ailəmə Tbilisidə tikilməkdə olan mənzil hədiyyə edib və tezliklə tam təmirli şəkildə bizə təhvil veriləcək. İllərdir ki, həyat yoldaşımla Tbilisidə uşaqlarımızı belə gətirə bilmədiyimiz şəraitdə kirayədə yaşayırıq. Heç vaxt bu barədə danışmaq və ya şikayət etmək ağlıma gəlməzdi. Həmin taleyüklü gündən sonra bir çox jurnalist mənə məktub yazaraq harada yaşadığımı, nə ilə məşğul olduğumu soruşdu. Gizlətmədim və hamıya səmimi cavab verdim. Düzünü desəm, belə bir hədiyyə gözləmirdim. İstəyirəm ki, hamı məni düzgün başa düşsün, mən xüsusi bir şey etməmişəm. Bu hədiyyə mənim ailəm üçün böyük bir rahatlıqdır. Şəxsi görüş zamanı cənab Kaxa Kaladze məndən bu xəbəri səsləndirməməyi xahiş etdi, lakin bu xahişi yerinə yetirə bilməyəcəyəm. Heç vaxt heç nə gizlətməmişəm və bu sevinci gizlədə bilmərəm”- deyə Mezurnişvili yazır.