Devdoraki tunelində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Devdoraki tunelində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib

Devdoraki tunelində avtonəqliyyat vasitələrinin hərəkəti bərpa edilib. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları üzrə Departamenti yayıb.

“Görülən işlər nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 132 km -135 km hissəsində yerləşən Devdoraki tunelində nəqliyyatın hərəkəti bərpa edilib”, – məlumatda qeyd olunur.