Devdoraki tunelində, aprelin 29-da saat 00:00-dan 06:00-a qədər nəqliyyatın hərəkəti dəyişdiriləcək
Devdoraki tunelində, aprelin 29-da saat 00:00-dan 06:00-a qədər nəqliyyatın hərəkəti dəyişdiriləcək

Gürcüstan Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına görə, daxilidövlət əhəmiyyətli Msxeta-Stepantsminda-Larsi avtomobil yolun km132-km135 hissəsində yerləşən Devdorak- avtomobil yolu tunelində, profilaktin işlərin görülməsi məqsədilə, 2023-cü il 29 apreldə saat 00:00-dan saat 06:00-dək bütün növ avtonəqliyyatın hərəkəti qadağan edilir.

“Avtonobil yolu tunelinin bağlanması dövründə nəqliyyatın hərəkəti daxili əhəmiyyətli Devdoraki tunelinin giriş yoluna yönəldiləcək”, – Avtomobil Yolları Departamentinin məlumatında qeyd edilir.