“Deutsche Welle”nin məlumatına görə, Almaniyada pirotexniki vasitələrdən istifadə nəticəsində 5 nəfər ölüb, Berlindəki iğtişaşlardan sonra isə 400-ə yaxın adam həbs edilib
Yeni il ərəfəsində Almaniyada pirotexniki vasitələrdən təsadüfən xəsarət alaraq ölkə üzrə 5 nəfər ölüb, yüzlərlə insan yaralanıb. Bu barədə Deutsche Welle məlumat yayıb.
Almaniya hökuməti həmçinin Yeni il gecəsi polis və yanğınsöndürənlərin pirotexniki vasitələrlə hücuma məruz qaldığı bir sıra insidentləri pisləyib.
Medianın məlumatına görə, hücum nəticəsində Berlində 30 polis və bir yanğınsöndürən yaralanıb. Hadisə ilə əlaqədar polis 400 nəfəri həbs edib. Almaniyanın paytaxtında növbəti zorakılıqların qarşısını almaq üçün yüzlərlə polis səfərbər edilib.