Deutsche Welle -  Qadın tələbə və müəllimlərə Kabul Universitetinə daxil olmağa  qadağa qoyuldu
Deutsche Welle - Qadın tələbə və müəllimlərə Kabul Universitetinə daxil olmağa qadağa qoyuldu

Kabul Universitetinin rektoru Məhəmməd Əşrəf Hayratın qərarına əsasən, həm tələbə qızlara, həm də müəllimlərə universitetə ​​getmək qadağan edildi.

Bu barədə Deutsche Welle agentliyi məlumat yayır.

O, qadağanın hər kəs üçün əsl İslam mühiti yaradılana qədər davam edəcəyini söylədi.

Mətbuatda yayılan məlumatlara görə, bu qərar Əfqanıstanı dünyada qadınların təhsil almasının qadağan edildiyi yeganə ölkə halına gətirdi.

Taliban hökumətinin tərəfdarı olan Hayrat bir neçə gün əvvəl Məhəmməd Baburu rektor olaraq əvəz etdi. Mətbuatda yazılanlara görə, Hirat tez -tez jurnalistləri öldürməyə çağıraraq onları xarici casus adlandırırdı.

Bir neçə gün əvvəl “Taliban” radikal qrupu yalnız oğlanlarla liseylər açdı və yalnız kişi müəllimləri qəbul etmək qərarına gəldi.

Taliban Əfqanıstanda beynəlxalq qüvvələrin ölkədən çıxmasından sonra hakimiyyətə gəldi. Sentyabrın 3 -də qadınların təmsil olunmadığı müvəqqəti hökumətin qurulduğunu elan edildi. Taliban tərəfindən qurulan hökuməti beynəlxalq birlik tanımır.