Almaniyanın “Deutsche Welle” nəşri Gürcüstan millisinin Avropa çempionatının seçmə mərhələsinin pley-off mərhələsində keçmiş Avropa çempionu Yunanıstanı məğlub etdiyini və Almaniyada keçirilməsi planlaşdırılan turnirin yeganə debütantı olacağını yazır.
“Gürcüstan millisinin qalib olduğu məlum olanda azarkeşlər Tbilisidəki stadionda quraşdırılan bütün maneələri aşdılar. Bir çoxu hasarın üstündən tullanaraq meydana daxil oldu və milli komanda ilə tarixi uğuru qeyd etdi”, – deyə “Deutsche Welle” yazır.
Məqalədə Gürcüstan millisinin mühüm futbol çempionatında ilk dəfə iştirak edəcəyi qeyd olunur.