Derek Şole- BMT Baş Assambleyası çərçivəsində İrakli Ğaribaşvili ilə görüşdüm, ABŞ Gürcüstan əhalisinin aydın Avro-Atlantik istəklərinin tərəfdarı olaraq qalır
ABŞ Dövlət Departamentinin siyasət məsələləri üzrə müşaviri Derek Şole sosial şəbəkədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə görüşdən yazır.
“BMT Baş Assambleyası çərçivəsində Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə Gürcüstanda demokratiyanın gələcəyi və Avropa İttifaqına üzvlük namizədliyi ilə bağlı görüşdüm. ABŞ Gürcüstan xalqının aydın Avro-Atlantik istəklərinin tərəfdarı olaraq qalır” – Derek Şole yazır.
Gürcüstanın Baş naziri İrakli Ğaribaşvilinin mətbuat xidməti də Derek Şole ilə görüş barədə məlumat yayıb. Qurumun yaydığı məlumatda qeyd olunduğu üzrə, Nyu-Yorkda keçirilən görüşdə tərəflər Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında strateji əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib, həmçinin iki ölkənin ümumi maraqlarının gücləndirilməsi məqsədilə mövcud əməkdaşlığı dərinləşdirməyə hazır olduqlarını bildiriblər.