“Der Spiegel” – Ruslar Boris Conson və Fridrix Mertsin müşavirlərindən birinin səfər etdiyi qatara hücum ediblər
Rusların hücum etdiyi qatarda Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson və Almaniya kansleri Fridrix Merrsin müşavirlərindən biri səfər edirdi. Bu barədə məlumatı “Der Spiegel” yayır.
“Ukrzaliznıtsya”nın xəbər verdiyinə görə, işğalçılar Polşa sərhədindən iki kilometr məsafədə sərnişin qatarının lokomotivini bombalayıblar.
Nəşrin məlumatına görə, Mertsin ofisində xarici siyasət və təhlükəsizlik üzrə müşavir olan Günter Zauter Kiyevdən Polşaya gedən qatarda olub.
Medianın məlumatına görə, Zauter Kiyevdə Böyük Britaniya, Fransa və İtaliyanın təhlükəsizlik üzrə müşavirləri, həmçinin Ukrayna hökuməti ilə birlikdə Rusiya ilə mümkün sülh danışıqlarını müzakirə edib.
Zauterdən başqa, qatarda digər Avropa hökumətlərinin təhlükəsizlik üzrə müşavirləri, Bundestaq üzvləri, diplomatlar və alimlər də olub.
Rusiya hərbçiləri sərnişin qatarına hücumu Polşa sərhədindən iki kilometr məsafədə, Volında həyata keçiriblər. Onlar hücum zamanı dronlardan istifadə ediblər.