Deputatlar 1-ci Piyada Briqadası və Milli Müdafiə Akademiyasını ziyarət etdilər
Gürcüstan Parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvlərinin Müdafiə Qüvvələrinə səfərləri davam edir.
Parlamentin nəzarəti çərçivəsində çoxluq və müxalifət partiyalarının nümayəndələri 1-ci piyada briqadası və David Aqmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasında oldular.
Qanuncericilər 1-ci Piyada Briqadasında həyata keçirilən infrastruktur layihələri barədə məlumat aldılar, briqadanın arsenalında olan hərbi texnikaya baxış keçirdilər. Deputatlar əsgərlərin məişət şəraiti, geyimləri ilə tanış oldular.
Qonaqlar artilleriya batalyonunun minaatan rotasının praktiki məşqini yerindəcə izlədilər. Daha sonra onlar hərbçilərlə birgə nahar etdilər. Birinci briqadadan sonra Milli Müdafiə Akademiyasına keçən deputatlar, burada akademiyanın strukturunun məqsəd və vəzifələri ilə bağlı təqdimatda iştirak etdilər.
Deputatlar Akademiyanın ərazisindəki infrastruktur layihələri ilə tanış oldular, kursantların hazırlıq prosesini yerində müşahidə etdilər. Gürcüstan Parlamentinin üzvləri Müdafiə Qüvvələrinə mərhələli şəkildə baş çəkir, cari proseslərlə tanış olurlar.
Bu barədə məlumatı Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayır.