Deputat Giga Bukia Narkosiyasətin liberalizasiyası haqqında qanunlayihənin parlamentdən çıxardılmasını tələb edir
“Konservatorlar fraksiyasının” sədri Giga Bukia hesab edir ki, Narkosiyasətin liberalizasiyası haqqında qanunlayihənin müzakirəsi dayandırılmaqla yanaşalı, qanunlayihə parlamentdən atılmalıdır.
Giga Bukianın dediyinə görə, o bu məsələ ilə bağlı patriarxlığın mövqeyi ilə razıdır ki, qanunlayihə yetərli qədər hazır deyil.
Deputatın dediyinə görə, əgər bu qanunlayihə haqqında müzakirə davam etsə, böyük ehtimalla bu yenə də qanuna çevrilə bilməyəcək.
Narkosiyasətin liberalizasiyası ilə bağlı qanunlayihə parlamentə keçən ilin yaz fəslində təqdim edildi, ancaq onun müzakirəsi payız başladı və səhiyyə komitəsi onu birinci oxunuşla dekabrın 27-də qəbul etdi.
Qanunlayihəyə əsasən, narkotik maddələrdən şəxsi istifadə və az miqdarda saxlamaq vətəndaşları kriminal məsuliyyətdən azad edir.