Deputat Eka Sepaşvilinin təşəbbüsüylə mediada nifrət nitqi ilə bağlı məsələlərlə əlaqədar Gənclər Parlamentinin üzvləri ilə görüş keçirilir
Deputat Eka Sepaşvilinin təşəbbüsüylə mediada nifrət nitqi ilə bağlı məsələlərlə əlaqədar Gənclər Parlamentinin üzvləri ilə görüş keçirilir

 

Deputat Eka Sepaşvilinin təşəbbüsüylə Gürcüstan parlamentində Gənclər Parlamentinin üzvləri ilə görüş keçirilir.

Eka Sepaşvilinin qeyd etdiyi kimi, bu gün Gənclər Parlamentinin üzvləri ilə mediada nifrət nitqi kimi vacib məsələni müzakirə edəcəklər.

“Görüşdə parlamentin üzvləri, İctimai Yayımçının Qəyyumlar Şurasının sədri Vasil Mağlaperidze iştirak edir, onun kanalının bu məsələdə çox yaxşı təcrübəsi var. Mövzu çox önəmlidir. Bildiyiniz kimi, Avropa İttifaqının direktivinə uyğun olaraq, biz media məkanında bu məsələnin tənzimlənməsinə yönəlmiş qanunda dəyişikliklər etmək niyyətindəyik. Bu məsələlər fikir ayrılıqlarına səbəb olub və bu mövzunu cəmiyyətimizin məhz gənc təbəqəsi ilə müzakirə etmək, onların fikrini dinləmək və qanunvericilik dəyişikliklərində mümkün qədər nəzərə almaq çox maraqlı olacaq” – deyə Sepaşvili açıqlayıb.