Deoliqarxizasiya haqqında qanun layihəsini doqquz müxalifətçi deputat dəstəkləmədi
Deoliqarxizasiya haqqında qanun layihəsinə ilk dinləmə rejimində doqquz müxalifətçi deputat əleyhinə səs verdi.
Səsvermənin nəticələrindən aydın olur ki, dəyişiklikləri Armaz Axvlediani, Sandro Rakviaşvili, Herman Sabo, Vaxtanq Meqrelişvili, Xatiya Dekanoidze, Avtandil Enukidze, Davit Zilpimiani, Pridon İnciya, İaqo Xviçia dəstəkləmədi.
Parlament dəyişiklikləri birinci oxunuşla 9 əleyhinə 80 səslə təsdiq etdi. Parlamentin dünənki plenar iclasında qanun layihəsini təxminən beş saat müzakirə etdi.
Müxalifət bəyan edir ki, Ukrayna modeli Avropa Komissiyasının tövsiyələrinə cavab verə bilmədiyi üçün onlar üçün qəbuledilməzdir.