Dəniz Nəqliyyatı Agentliyində bəyan edilir ki, Yunanıstanda iki gürcü dənizçi həlak olub
Yunanıstanda iki gürcü dənizçi həlak olub, – Dəniz Nəqliyyatı Agentliyi Gürcüstanın Birinci Kanalına bildirib.
Onların məlumatına görə, bir dənizçi təmir işləri apararkən, digər dənizçi də həmçinin bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Agentliyin məlumatına görə, Dəniz Nəqliyyatı Agentliyinin nümayəndəsi hadisəni yerində araşdırmaq üçün Yunanıstana gedib.
“Dəniz Nəqliyyatı Agentliyinə daxil olan məlumata görə, 2 noyabr 2023-cü il tarixində gəmidə təmir işləri aparılan Yunanıstanın İqoumeniça limanında gürcü dənizçi xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb. Dənizçi – General Hospital of İoannina G. Hatzikosta Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Oktyabrın 26-da həmin gəmidə, ilkin məlumata görə, daha bir qəza nəticəsində gürcü dənizçi həlak olub və o noyabrın 2-də Gürcüstanda dəfn edilib.
Qeyd olunan hallarla bağlı agentlik Xarici İşlər Nazirliyi və Gürcüstanın Afinadakı konsulu Qela Caparidze ilə birgə işləyir. Bundan əlavə, Dəniz Nəqliyyatı Agentliyinin nümayəndələri vəziyyətlə yerində tanış olmaq və onu birbaşa müşahidə etmək üçün Yunanıstana gediblər”, – Dəniz Nəqliyyatı Agentliyindən bildiriblər.
Müəllif -
Mehemmed Bayramaliyev