Dəniz Nəqliyyatı Agentliyində, Batumi limanına daxil olan gəmi və onun sahibinə sanksiya tətbiq edilmədiyini və yüklə bağlı məsələnin isə Gəlirlər Xidmətinin səlahiyyətində olduğu deyilir
Dəniz Nəqliyyatı Agentliyində, Batumi limanına daxil olan gəmi və onun sahibinə sanksiya tətbiq edilmədiyini və yüklə bağlı məsələnin isə Gəlirlər Xidmətinin səlahiyyətində olduğu deyilir

 

Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyinin direktoru Tamar İoseliani Batumi limanına gəmilərin qəbulu prosedurlarına açıqlıq gətirib. İoselianinin jurnalistlərə bildirdiyi üzrə, Batumi limanına daxil olan gəmiyə və gəmi sahibinə sanksiya tətbiq edilməyib və yüklərin skrininqini isə, İoselianinin sözlərinə görə, Gəlirlər Xidmətinin Gömrük Departamenti həyata keçirir.

“Gürcüstana və Gürcüstan limanlarına daxil olan bütün gəmilər üçün ikisəviyyəli skrininq aparılır. Birinciyə Dəniz Nəqliyyatı Agentliyi cavabdehdir və müvafiq olaraq, idarələr həm gəmini, həm də gəmi sahibini sanksiyalarla əlaqədar yoxlayır və əgər gəmiyə və ya gəmi sahibinə sanksiya tətbiq edilibsə, o zaman Gürcüstan limanlarına buraxılmır. Yüklərə gəlincə, yüklərə yönəlik skrininq prosesini Gəlirlər Xidmətinin Gömrük Departamenti həyata keçirir”- deyə İoseliani bildirib.

Onun sözlərinə görə, Gürcüstanda limanlar özəl mülkiyyətdədir, bundan irəli gələrək dövlət kommersiya fəaliyyətinə qarışa bilməz.

“Eyni zamanda qeyd etmək lazımdır ki, qanunvericilik səviyyəsində Gürcüstanda müvafiq məlumatların mübadiləsi mexanizmi var və bu mexanizm Dəniz Əməliyyatları üzrə Milli Mərkəzdə mübadilə edilir. Bütün dövlət qurumları bu məlumatları mübadilə edir, Gürcüstan sularında – Gürcüstan limanlarında dəniz təhlükəsizliyinin təmin edilməsi və müvafiq təhlükələrin qarşısının alınmasına qanunla zəmanət verilir.

Bütün gəmilərə yönəlik müvafiq şöbəmiz müvafiq skrininq aparır. Əgər gəmi, yaxud gəmi sahibi sanksiyalar siyahısındadırsa, biz bu gəminin bizim ərazi sularımıza və müvafiq olaraq limanımıza daxil olmasına icazə vermirik. Sözügedən gəmi və onun sahibi sanksiyaya məruz qalmayıb. Yüklə bağlı məsələlər dəniz nəqliyyatının səlahiyyətinə aiddir, bu Gəlir Xidmətinin mandatı altındadır” -deyə Tamar İoseliani bildirib.

İqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvilinin sözlərinə görə, sanksiya tətbiq edilmiş şirkətlə imzalanmış yüklə dolu gəmi Batumi limanına daxil olub, lakin nazirin sözlərinə görə, gömrük orqanları yükün qəbuluna razılıq verməyib.