Dəniz Nəqliyyatı Agentliyi - indiyədək Gürcüstan limanlarına sanksiya tətbiq edilmiş gəmi və ya yüklərin daxil olması halları qeydə alınmayıb
İndiyədək Gürcüstan limanlarına sanksiya tətbiq edilmiş gəmi və ya yükün daxil olması halları olmayıb-bu barədə Dəniz Nəqliyyatı Agentliyi açıqlama verib.
Açıqlamaya əsasən, Gürcüstanın hər hansı limanına daxil olmazdan əvvəl həm gəmilər, həm də yüklər mütəmadi olaraq yoxlanılır.
“Mətbuatda və müxtəlif siyasi partiyalar tərəfindən dəfələrlə yayılan yalan məlumatlara bir daha cavab vermək və vurğulamaq istərdik ki, indiyədək Gürcüstan limanlarına sanksiya tətbiq edilmiş gəmi və yüklərin daxil olması faktı olmayıb.
Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi və Maliyyə Nazirliyinin Gəlirlər Xidməti Gürcüstanın hər hansı limanına daxil olmazdan əvvəl həm gəmiləri, həm də yükləri daim yoxlayır.
Gəminin yoxlanılması prosesində sanksiyalar, istismar şərtləri tətbiq edən Aİ-nin qaydalarından istifadə olunur”- Dəniz Nəqliyyatı Agentliyi qeyd edir.