Dəniz Nəqliyyatı Agentliyi Ermənistanla bağlı bəyanat yayır.
Bəyanatı heç bir dəyişiklik edilmədən təqdim edirik: “Gürcüstanın tranzit dəhlizi həddindən artıq yüklənmə rejimində fəaliyyətini davam etdirir. Müvafiq dövlət orqanlarının fasiləsiz, 24 saat işləməsinə baxmayaraq, yük axınlarının idarə edilməsi olduqca çətinləşib.
Ermənistan-Rusiya arasında “Zemo Lars” keçid məntəqəsi yeganə əlaqələndirici quru məntəqəsidir, buraxılış məntəqəsində sıxlıq səbəbindən tranzit yüklərin keçirilməsi tez-tez bir neçə həftə gecikir ki, bu da tez xarab olan məhsullar və qida məhsulları, həmçinin zəruri məhsullar hissəsində Ermənistan Respublikası üçün ciddi çağırış yaradır.
Bəhs edilən problemlərdən irəli gələrək, Ermənistan Respublikasının hökuməti Gürcüstan hökumətindən ərzaq və tez xarab olan, eləcə də əsas məhsullar hissəsində Ermənistanın tranzit yüklərini daşımaq üçün Lars sərhəd -buraxılış məntəqəsinə alternativ olaraq dəniz nəqliyyatının nəzərdən keçirilməsini xahiş edib.
Dənizə çıxışı olmayan Ermənistan Respublikası ənənəvi olaraq Gürcüstan limanlarından istifadə edir və beynəlxalq ticarətlə məşğuldur.
Bu baxımdan Gürcüstanın “Dənizə çıxışı olmayan dövlətlərin tranzit ticarəti haqqında”Beynəlxalq Konvensiyanın üzvü olması əlamətdardır. Bu konvensiyaya müvafiq olaraq, dənizə çıxışı olmayan dövlətlərin dənizə sərbəst çıxışı olmalı və dənizə sərbəst çıxışdan istifadə etmək üçün sahilyanı dövlətlərlə bərabər şərtlərdə olmalıdırlar” – deyə məlumatda bildirilir.