Dəniz Nəqliyyatı Agentliyi Batumi ilə Rusiyanın Novorossiysk şəhəri arasında müntəzəm dəniz daşımalarının başlanması ilə bağlı məlumatı təkzib edir
Dəniz Nəqliyyatı Agentliyi Batumi ilə Rusiyanın Novorossiysk şəhəri arasında müntəzəm dəniz daşımalarının başlanması ilə bağlı məlumatı təkzib edir

 
Dəniz Nəqliyyatı Agentliyi Batumi ilə Rusiyanın Novorossiysk şəhəri arasında müntəzəm dəniz daşımalarının başlanması ilə bağlı məlumatı təkzib edir. Bu barədə Dəniz Nəqliyyatı Agentliyinin yaydığı bəyanatda deyilir.

“Ermənistanın bəzi KİV-lərinin cari ilin aprelindən Batumi ilə Rusiyanın Novorossiysk şəhəri arasında müntəzəm dəniz daşımalarına başlanılması ilə bağlı yaydığı məlumatlar təhrif edilib və həqiqətə uyğun deyil.

Konkret yükdaşımalar haqqında məlumata gəlincə, aprel ayında Palau bayrağı altında üzən “Hacı Musa Uçak” (IMO 9128544) gəmisi Novorossiysk və Batumi arasında həqiqətən iki kommersiya reysi yerinə yetirib. Bir fakt xüsusilə qeyd edilməlidir ki, bu müntəzəm reys deyil və sistemli şəkildə həyata keçirilən tam kommersiya xarakteri daşıyır. Sanksiya siyahısında olmayan sözügedən gəminin sahibi olan şirkət yenə də kommersiya reysləri həyata keçirməyi planlaşdırır.

Yükə gəlincə, o, tam tranzit xarakterlidir və Ermənistan Respublikası üçün nəzərdə tutulub. Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi Maliyyə Nazirliyinin Gəlirlər Xidməti ilə koordinasiya yoluyla beynəlxalq sanksiyalarla bağlı həm gəmiləri, həm də gəmi sahiblərini davamlı olaraq yoxlayır. Müvafiq olaraq, gəmi və ya gəmi sahibi sanksiya siyahısındadırsa, ona Gürcüstan limanlarına daxil olmaq və müvafiq prosedurları həyata keçirmək hüququ verilmir”- deyə məlumatda deyilir.