Dəniz quldurlarının əsirliyindən azad edilən gürcü dənizçilər vətənə qayıdıblar
Acara hökumətinin sədri Tornike Rijvadze və Gürcüstan Dəniz Nəqliyyatı Agentliyinin rəhbəri Aleksi Axvlediani dəniz quldurlarının əsirliyindən azad edilmiş dənizçilər və onların ailə üzvləri ilə görüşüblər.
“Dəniz quldurlarının əsirliyindən azad edilmiş gürcü dənizçilər vətənə qayıdıblar. İgid dənizçilərimizi sağ-salamat vətənə qayıtmaları münasibətilə təbrik edir, ailələrini təbrik edirəm. Hökumət həm ölkə daxilində, həm də xaricdə vətəndaşlarımızın qayğısına qalmaqda davam edir. Dənizçilik sektorunun maksimal şəkildə uğurlu olması, ilk növbədə hər bir dənizçiyə diqqət yetirilməsi üçün hər şeyi edəcəyik. Əminəm ki, dənizçilərimizlə birlikdə bu strateji sahəyə yeni təkan verəcəyik, daha da uğurlu edəcəyik” – deyə Tornike Rijvadze dənizçilərlə görüşdə açıqlayıb.
Kapitanın ikinci və üçüncü köməkçiləri Nukri Beridze və Qennadi Chitadze mayın 2-də Mərkəzi Afrikada Qabonun ərazi sularında dayanan gəmidən dəniz quldurları tərəfindən qaçırılıblar. Gürcüstanın Xarici İşlər Nazirliyi mayın 21-də dənizçilərin sərbəst buraxılması ilə bağlı məlumat yayıb.