Dəmiryolu Vağzalın Meydanında küçə ticarətçiləri aksiya keçirdilər. Piştaxtaların açılması və fəaliyyətlərinin davam etdirilməsi tələbi ilə ticarətçilər “Uşaq Dünyasının” yaxınlığında yolu bağlamışdılar.
Onların dediyinə görə, on gün əvvəl Meriyanın nümayəndələri satıcılara xəbərdarlıq verdilər ki, “Todua” Klinikası razisindən öz piştaxtalarını götürüb Meriyanın təklif etdiyi alternativ yerə köçsünlər, əks halda cərimələnəcəklər.
Küçə alverçilərinin açıqlamasına görə, Meriyanın təklif etdiyi yerdə müvafiq infrastruktur yoxdur və ticarətçilər çətin şəraitdə işləməli olurlar.
Onlar etirazlarının davam etdirilməsini planlaşdırırlar. Hadisə yerinə polis səfərbər olunub. Hərəkət hazırda açıqdır.