Dəməşq hava limanı yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək

17:18, 04.01.2025

Dəməşq hava limanı yanvarın 7-dən beynəlxalq uçuşları bərpa edəcək. Bu barədə Suriyanın SANA dövlət xəbər agentliyi Suriya Mülki Aviasiya və Hava Nəqliyyatı İdarəsinə istinadən məlumat yayıb.

Bundan əvvəl Dəməşq hava limanı daxili reysləri bərpa edib.

Agentliyin rəhbəri Ashad Al-Suleib-in sözlərinə görə, beynəlxalq tərəfdaşların dəstəyi ilə Dəməşq və Hələb hava limanlarının tam bərpası işləri aparılır.

Oxşar