Gürcüstan Müdafiə Nazirliyinin “Delta” Dövlət Hərbi Elmi-Texniki Mərkəzi Kaxeti bölgəsində yağan dolu ilə bağlı bəyanat yayıb.
“Sentyabrın 2-də şimal-qərbdən cəbhə tipli bulud kütlələri daxil olub, bu zaman buludda dolu dənələrinin ölçüsü artıq 42 mm olub. Dolu əleyhinə sistemlərin vaxtında müdaxiləsinə baxmayaraq, ölçüsü 50 mm-ə çatan dolu dənələri əmələ gəlib.
Doluya qarşı sistem üzrə: Saqareco, Telavi, Axmeta, Siqnaxi, Ğvareli, Gürcaani, Laqodexi və Dedoplistsğaro rayonlarında sentyabrın 2-də saat 17:59-dan 23:35-dək bulud kütlələrinin bir neçə mərhələdə intensiv şəkildə işlənməsi həyata keçirilib. Təmizlənmiş mənbələrin ümumi sahəsi 1404 km2 (140400 ha), cəmi on ədəd dolu təhlükəsi olan mənbə işlənib, dolu əleyhinə 423 ədəd raket atılıb.
Qeyd olunan çətin vəziyyətə əsasən, Kaxeti bölgəsinə atılan raketlərin yeniləri ilə əvəzlənməsi üçün “Delta” tərəfindən əlavə qüvvələr səfərbər edilib. Meteoroloji məlumata əsasən, sentyabrın 3-4-də də bol yağıntı gözlənilir”, – deyə “Delta”nın açıqlamasında bildirilir.