Dələduzluq yoluyla külli miqdarda dövlət əmlakını mənimsəmə məsələsi üzrə iki nəfər saxlanılıb
Dələduzluq yoluyla külli miqdarda dövlət əmlakını mənimsəmə məsələsi üzrə iki nəfər saxlanılıb

 

İstintaq Xidməti dələduzluq yoluyla külli miqdarda dövlət əmlakını mənimsəmə məsələsi üzrə iki nəfəri saxlayıb.

“Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində, saxta sənədlərin hazırlanması və istifadəsi yoluyla, külli miqdarda dövlət əmlakını dələduzluq yolu ilə mənimsəmə faktı üzrə iki nəfəri saxlayıblar və 13 nəfərə qarşı cinayət təqibi başladıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər ötən illər ərzində Qldani kəndi ərazisində torpaq sahələrinin mülkiyyət hüququnu təsdiq edən saxta sənədlərdən və yalan ifadələrdən istifadə edərək, ümumilikdə 150 ​​126 lari dəyərində və sahəsi 1300 kv.m olan üç ərazini dələduzluq yolu ilə rəsmiləşdiriblər. İstintaq prosesində torpaq sahələrinə həbs qoyulub” – deyə İstintaq Xidmətindən bildirilib.

Qurumdan verilən məlumatda sözügedən əməlin Gürcüstan Cinayət Məcəlləsinin 362-ci maddəsinin 2-ci və 180-ci maddəsinin 3-cü hissələri ilə 6 ildən 9 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıldığı deyilir.