Dələduzluq yolu ilə külli miqdarda vəsaiti mənimsəməyə cəhd faktı üzrə 1 nəfər saxlanılıb
Dələduzluq yolu ilə külli miqdarda vəsaiti mənimsəməyə cəhd faktı üzrə 1 nəfər saxlanılıb

 

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları qanuna zidd şəkildə yiyələnmə məqsədilə, külli miqdarda vəsaiti dələduzluq yolu ilə mənimsəməyə cəhd faktı üzrə bir nəfəri saxlayıblar.

İstintaq orqanının məlumatına əsasən, bir neçə şirkətin rəhbəri olan təqsirləndirilən şəxsin aldatma yoluyla vəsaitə yiyələnmə məqsədilə, müxtəlif internet saytlarında Tbilisinin rayonlarında guya mənzillərin satılması barədə məlumat yerləşdirdiyi, bundan sonra isə mənzil satışı ilə maraqlanan şəxslərə guya yaşayış binalarının tikintisinə başlanmalı olan əraziləri göstərməsi istintaqla müəyyən edilib.

“Dələduzluq niyyətini ört-basdır etmək üçün təqsirləndirilən şəxs tərəfindən mənzillərin alqı-satqısı ilə bağlı müvafiq müqavilələr tərtib edilib və sonradan notarial qaydada təsdiq edilib.

Təqsirləndirilən şəxs qeyd olunan cinayət niyyəti ilə mənzili almaqda maraqlı olan şəxslərdən birindən dələduzluq yolu ilə 30.000 ABŞ dollarını almağa cəhd faktı üzrə saxlanılıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-180-ci maddəsinin üçüncü hissəsi ilə aparılır, bu isə cəza olaraq altı ildən doqquz ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

İlkin məlumatlara görə, təqsirləndirilən şəxsin dələduzluq yolu ilə əldə etdiyi məbləğ yarım milyon ABŞ dollarını ötür. Digər mümkün zərərçəkmiş insanların müəyyən edilməsi üçün müvafiq tədbirlər görülür”-deyə məlumatda qeyd olunub.