Dekabrın 9-da parlamentdə Zurab Jvaniyanın 60 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək
Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili dekabrın 9-da qanunverici orqanda Zurab Jvaniyanın 60 illik yubileyinə həsr olunmuş tədbirin keçiriləcəyini açıqlayıb.
Bundan əlavə, Zurab Jvaniya ölümündən sonra parlamentin Azadlıq ordeni ilə təltif olunacaq.
“Cari ilin dekabrın 9-da Zurab Jvaniyanın anadan olmasının 60 illiyi qeyd olunacaq. Biz parlamentdə 60 illik yubileyi qeyd etməyi planlaşdırırıq. Bildiyiniz kimi, Zurab Jvaniya üç çağırış parlamentin deputatı olub. İki çağırış parlamentinin sədri, Gürcüstanın baş naziri olub. O, gürcü parlamentarizminin inkişafına böyük töhfə verib. O, faktiki olaraq parlamenti qanun yaradıcılığının sistemləşdirildiyi, eləcə də parlamentin nəzarət funksiyalarının gücləndirildiyi bir quruma çevirdi. Bundan irəli gələrək, dekabrın 9-da saat dörddə Şota Rustaveli adına salonda Zurab Jvaniyanın 60 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcək. Parlamentin bütün üzvləri dəvət alacaqsınız və biz sizdən bu tədbirdə iştirak etməyinizi sözlü formada da xahiş edirik”- Şalva Papuaşvili açıqlayıb.