Dekabrın 31-dən yanvarın 2-si də daxil olmaqla xəstəxanalara pirotexniki vasitələrdən xəsarət almış 22 nəfər, qidadan zəhərlənmiş 81 pasiyent yerləşdirilib
Ölkə miqyasında dekabrın 31-dən yanvarın 2-si də daxil olmaqla xəstəxanalara pirotexniki vasitələrdən xəsarət almış 22 nəfər, qidadan zəhərlənmiş 81 pasiyent yerləşdirilib-bu barədə
Gürcüstanın Birinci Kanalına Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzindən bildiriblər.
Qurum tərəfindən verilən məlumatda Yeni il günlərində pirotexniki vasitələrdən xəsarət alan 37 vətəndaşın təcili tibbi yardım üçün müraciət etdiyi, onlardan 22-sinin xəstəxanaya yerləşdirilməsinin zəruri olduğu deyilir.
Qida və spirtli içkilərdən zəhərlənmə hallarına gəlincə, Fövqəladə Halların Koordinasiyası və Təxirəsalınmaz Yardım Mərkəzi bu səbəblə mərkəzdə 257 müraciət qeydə alınması , 81 halda isə hospitalizasiyanın zəruri olması barədə məlumat yayır.