Dekabrın 24-dən yanvarın 8-dək Gürcüstanın bütün regionlarında Yeni il tədbirləri kovid qaydalara uyğun olaraq keçiriləcək
Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin təşəbbüsü ilə dekabrın 24-dən yanvarın 8-dək Gürcüstanın bütün regionlarında Yeni il tədbirləri keçiriləcək.
Baş nazirin mətbuat xidmətindən verilən məlumata görə, 63 bələdiyyənin hamısında Milad yarmarkaları, sərgi-satış, uşaq əyləncə məkanları təşkil olunacaq. Ərazidə taxta Milad evləri, foto köşklər və qurğular yerləşəcək. Şaxta baba bələdiyyələrdə yaşayan uşaqlara şirniyyat və hədiyyələr verəcək.
Axşam həm yerli, həm də paytaxtdan dəvət olunmuş ifaçıların konsertləri olacaq. Tədbirlər təntənəli atəşfəşanlıqla başa çatacaq.
Tədbirlər aşağıdakı cədvəl üzrə keçiriləcək: 24 dekabr – Mestia, Tkibuli, Telavi; 25 dekabr – Ozurqeti, Ninotsminda, Xaraqauli, Kareli, Duşeti; 26 dekabr – Marneuli, Çxorotsku, Tercola, Qurcaani; 27 dekabr – Saçxere, Xaşuri, Axalkalaki, Kobuleti; 28 dekabr – Abaşa, Samtredia, Laqodexi, Tetritskaro; 29 dekabr – Aspindza, Xelvaçauri, Kaspi, Ambrolauri, Çiatura; 30 dekabr – Kutaisi, Dedoplistskaro, Qardabani, Tianeti; 31 dekabr – Zuqdidi, Borjomi, Tsaqeri; 1 yanvar – Bağdad; 2 yanvar – Tsalka, Axmeta, Keda, Oni, Kazbeqi, Tskaltubo; 3 yanvar – Senaki, Vani; 4 yanvar – Xoni, Rustavi, Şuaxevi, Adiqeni, Kvareli; 5 yanvar – Zestaponi, Khobi, Dmanisi, Tsnori, Siğnaği; 6 yanvar – Martvili, Xulo, Bolnisi, 7 yanvar – Lentexi, Poti, Tsalencixa, Saqareco, Axaltsixe, Mtsxeta, Qori; 8 yanvar Xaraqauli; 13 yanvar-Lançxuti, Çoxatauri.
Bütün tədbirlərdə kovid qaydalara riayət olunacaq.