Dekabrın 21-nə olan vəziyyətə görə, Subsidiyalaşdırılmış İpoteka Krediti Proqramından 1005 benefisiar yararlanıb
Dekabrın 21-nə olan vəziyyətə görə, Subsidiyalaşdırılmış İpoteka Krediti Proqramından 1005 benefisiar yararlanıb

 

“Gürcüstanda İstehsal Et” agentliyinin subsidiyalaşdırılmış ipoteka krediti proqramından bu günə olan vəziyyətə görə artıq 1005 benefisiar yararlanıb. Bu kreditlərin ümumi təsdiq edilmiş həcmi 111 000 000 larini təşkil edir.

Subsidiyalaşdırılmış İpoteka Krediti Proqramı sentyabrın 1-dən başladılıb.
Proqramdan- kredit götürərkən 2021-ci ilin sentyabrın 1-dən sonra anadan olmuş 1 yaş altı uşağı varsa ailə / tək valideyn / dul yararlana bilər;
Kredit götürərkən üç və ya daha çox azyaşlı uşağı olan ailə / tək valideyn / dul yaralana bilər;
Kredit götürərkən 2021-ci ilin sentyabrın 1-dən sonra övladlığa götürülmüş yetkinlik yaşına çatmayan uşağı olan ailə / tək valideyn / dul yararlana bilər.
Proqram çərçivəsində, ipoteka kreditləri yalnız milli valyutada verilir. Kredit əsas və ikinci əl mənzil/ev almaq və ya fərdi ev tikmək üçün kommersiya bankı tərəfindən verilir.

Proqrama əsasən, ipoteka krediti 2021-ci ilin sentyabrın 1-dən sonra verilməlidir və kreditin maksimal həcmi 200 000 lari olacaq. Bununla belə, tikiləcək mənzilin/evin dəyəri 200.000 laridən çox olmasına icazə verilir.

Bu proqram üzrə kommersiya bankı tərəfindən kredit təsdiq edildiyi təqdirdə, agentlik proqram çərçivəsində kredit verildikdən sonra 60 (altmış) ay ərzində kommersiya bankının benefisiara verdiyi kredit üzrə hesablanmış faiz dərəcəsini subsidiyalaşdırır.