Dekabrın 21-dən yanvarın 6-na qədər İtaliya "Qırmızı zona" elan ediləcək
Dekabrın 21-dən yanvarın 6-na qədər İtaliya “Qırmızı zona” elan ediləcək.
“The Guardian” nəşriyyatının məlumatına görə, bu müddətdə İtaliya vətəndaşları yaxınları ilə görüşmək məqsədi ilə evdən gündə sadəcə bir dəfə çıxa biləcəklər.
Milad bayramından yeni ilə qədər, İtaliya regionları arasında hərəkət məhdudlaşdırılacaq.
28, 29 və 30 dekabrda, həmçinin, yanvarın 4-də məhdudiyyətlərin bir hissəsi qaldırılacaq.
Mağazalar saat 21:00-a qədər işləyəcəklər. Əhali isə, azad şəkildə hərəkət edə biləcək.