Dekabrın 20-si saat 00:00-dan dekabrın 21-i saat 00:00-dək Devdorak tunelində avto-nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq
Dekabrın 20-si saat 00:00-dan dekabrın 21-i saat 00:00-dək Devdorak tunelində avto-nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

 

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatında beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun 132 km- 135 km hissəsində yerləşən Devdorak avtomobil tunelində, tunelin idarə olunması və cari abadlaşdırma işlərinin aparılması məqsədilə 2022-ci ilin dekabrın 20-də saat 00:00-dan dekabrın 21-i saat 00:00-dək bütün növ avto-nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılacağı deyilir.

Avtomobil tunelinin bağlanması müddətində nəqliyyatın hərəkəti daxili dövlət əhəmiyyətli Devdorak tunelinin giriş yoluna yönəldiləcək.