Dekabrın 2 və 3-də Nəbatat Bağında Yeni il Şokolad Festivalı keçiriləcək
Dekabrın 2 və 3-də Nəbatat Bağında Yeni il Şokolad Festivalı keçiriləcək

 
Gürcüstanın Milli Nəbatat Bağında dekabrın 2 və 3-də Yeni il Şokolad Festivalı keçiriləcək.

Tbilisi meriyasının məlumatına görə, tədbirdə Gürcüstanda əldə hazırlanmış şokoladların rəngarəngliyi, yeni il əl işləri və tematik bəzək əşyaları təqdim olunacaq.

“Basti-Bubu”nun konserti və “Fındıqqıran” forması geyinmiş nağaraçıların şousu ilə festivalın açılışı baş tutacaq. Tədbirə gedən qonaqlar Şaxta baba tərəfindən qarşılanacaq və gün ərzində çoxlu oyunlar keçiriləcək. Ziyarətçilər iki gün boyunca “Küçə Teatrı”nın tamaşasına da baxacaqlar.

Festivalda şirniyyatçı Vaja Tsulukidze şokoladlı çurçxelaların hazırlanması üzrə masterklas keçirəcək. Tədbirdə Yeni il çələngləri və şokoladlı tataranın hazırlanması üzrə də masterklas keçiriləcək. Tədbiri musiqi qrupu öz nömrələri ilə bəzəyəcək, uşaqlar üçün isə Nəbatat bağının eko-maarifləndirici tədbirləri keçiriləcək.

Şokolad Festivalı artıq beşinci dəfə Milli Nəbatat Bağında keçiriləcək. Bu il öz miqyası ilə seçiləcək, çünki tədbirdə 30-a yaxın şirkət iştirak edəcək. Yeni il Şokolad Festivalı saat 12:00-dan 19:00-dək davam edəcək” – Tbilisi meriyasının məlumatında deyilir.