Dekabrın 18-dən etibarən Adam Mitskeviç küçəsində nəqliyyatın hərəkəti hər iki istiqamətdə bərpa olunacaq
Saburtalo rayonunda daha bir küçənin abadlaşdırılması başa çatdırılır. Məlumatı Tbilisi meriyası yayıb.
Meriyadan verilən məlumata görə, dekabrın 18-dən Adam Mitskeviç küçəsində avtomobillərin hərəkəti tam bərpa olunacaq.
“Saburtalo rayon administrasiyasının sifarişi ilə həyata keçirilən infrastruktur layihəsi çərçivəsində artıq səkilər, panduslar və drenaj şəbəkələri qurulub; Yeraltı kabel-kanallara hava xətləri çəkilmiş, zədələnmiş yeraltı təbii qaz şəbəkəsi tam təmir edilmişdir.
Bu mərhələ üçün 7800 kv.m. yol hissəsində asfalt örtüyünün döşənməsi və yeni xarici işıqlandırma şəbəkəsinin təşkili işləri yekunlaşdırılır. Bundan əlavə, ümumi sahəsi 19,8 min kvadratmetr olan bütün ərazinin abadlaşdırılması işləri də fəal şəkildə aparılır.
Saburtalo rayonunun qubernatoru Qizo Vasadze və Tbilisinin Sakrebulosunun majoritar deputatı Avtandil Tsintsadze layihənin son mərhələsinin işləri ilə tanış olublar. Layihəyə büdcədən 2 000 000 lari ayrılıb”, – meriyanın məlumatında deyilir.
Müəllif -
Mehemmed Bayramaliyev