Dekabrın 14-də Gürcüstan parlamentinin binasında mühafizənin sarı səviyyəsi qüvvədə olacaq
Dekabrın 14-də Gürcüstan parlamentinin binasında mühafizənin sarı səviyyəsi qüvvədə olacaq

Gürcüstan parlamenti qanunverici orqanın binasında əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb.

Bəyanata görə, dekabrın 14-də Gürcüstan parlamentinin binasında sarı təhlükəsizlik səviyyəsi qüvvəyə minəcək.

Gürcüstan parlamenti sədrinin 4 sentyabr 2023-cü il tarixli N1/259/23 “Gürcüstan Parlamenti Sarayında təhlükəsizliyin mühafizəsi qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, bu il dekabrın 14-də Gürcüstan parlamentinin sarayında mühafizənin sarı səviyyəsi qüvvədə olacaq – ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılıb.

Gürcüstan parlamentinin sarayında Gürcüstan prezidentinin seçkiləri günü binaya yalnız seçki kollegiyasının üzvləri və müvafiq struktur bölmələrinin dəvət etdiyi şəxslər daxil olmaq mümkün olacaq.

Gürcüstanda prezident seçkilərini işıqlandırmaq üçün xüsusi birdəfəlik akkreditasiya almış televiziya/telemedia və onlayn media qrupları binaya buraxılacaq.

Sözügedən tədbirin məqsədi Gürcüstan Parlamenti Sarayında təhlükəsiz və iş mühitinin təmin edilməsidir. – bəyanatda qeyd olunur.